• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana nə qədər əcnəbi gəlib? - RƏSMİ

Azərbaycana nə qədər əcnəbi gəlib? - RƏSMİ
25.05.2022 18:37
2022-ci il 6 ayında Azərbaycan Respublikasına dünyanın 151 ölkəsindən 330,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 2021-ci il müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 26,2 %-i Rusiya Federasiyası, 25,3 %-i Türkiyə, 14,7 %-i İran, 6,1 %-i Gürcüstan, 3,2 %-i Ukrayna, 2,6 %-i Səudiyyə Ərəbistanı, 2,4 %-i Birləşmiş Ərəb Əmirliklərindən gəlib.
 
Həmçinin, gələnlərin 1,5 %-i Qazaxıstan, 1,3 %-i Küveyt, 1,2 %-i Böyük Britaniya, 11,7 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 80,3 %-ni kişilər, 19,7 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 496,5 dəfə, Küveytdən - 138,4 dəfə, Səudiyyə Ərəbistanından - 138,3 dəfə, Bəhreyndən - 54,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 46,3 dəfə, Pakistandan - 30,4 dəfə, Hindistandan - 18,4 dəfə, İsraildən - 7,3 dəfə, ABŞ-dan - 5,9 dəfə, Qazaxıstandan - 4,1 dəfə, Fransadan - 3,5 dəfə, Almaniyadan - 3,4 dəfə, Ukraynadan - 2,5 dəfə, Böyük Britaniyadan - 2,3 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə artıb.

2021-ci ilin yanvar-apreli ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 16,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,6 dəfə artaraq 73,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 110,7 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 52,0 %-i hava, 46,0 %-i dəmir yolu və avtomobil, 2,0 %-i isə dəniz nəqliyyatından istifadə edib.    
 
Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 400,2 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə artıb. Ölkə vətəndaşlarının 45,5 %-i Türkiyəyə, 16,7 %-i Rusiya Federasiyasına, 13,1 %-i İrana, 8,2 %-i Gürcüstana, 16,5 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,1 %-ni kişilər, 32,9 %-ni qadınlar təşkil edib.

Bu ilin yanvar-aprelində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 56,7 %-i hava, 40,6 %-i dəmir yolu və avtomobil, 2,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.

                                                                          
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol