Avtoşluq edən əsgər barəsində bu maddə üzrə cinayət işi başlandı

Hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən əsgər Əziz Məlikov barəsində Hərbi Prokurorluq məlumat yayıb.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Bildirilir ki, yol hərəkəti qaydaları əleyhinə müvafiq inzibati xətaların törədilməsinə dair kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış görüntülərlə əlaqədar qanunauyğun tədbirlərin görülməsi qanunvericiliyin tələblərinə əsasən aidiyyəti qurumlar tərəfindən təmin olunur.
Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə "TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























