Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, sabiq nazir ev dustaqlığına buraxılıb.
Səlim Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Sabiq nazir bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib