• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhərmanın xanımının təqaüdü bərpa OLUNMADI

Milli Qəhərmanın xanımının təqaüdü bərpa OLUNMADI
26.05.2022 11:15
Mayın 23- də Milli Qəhrəman şəhid Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdova üçün nəzərdə tutulan Prezident təaqüdün bərpası ilə keçirilən məhkəmə prosesində yekun qərar qəbul olunub.  Qərara əsasən  onun təqaüdü bərpa edilməyib.

Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdovaya 2021-ci ilə qədər Prezident təqaüdü verilib. Amma 2021-ci ildən sonra bu vəsaitin verilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən dayandırılıb.  Səbəb olaraq bildirilib ki, xanımın  Pərviz Səmədovla rəsmi nigahı yoxdur, ona görə ona təqaüd düşmür. Amma şəhidin həyat yoldaşı bildirir ki, Pərviz Səmədovla evlənəndə 17 yaşı olub, azyaşlı olduğu üçün nigaha daxil ola bilməyiblər. Evləndikdən 4 ay sonra yoldaşı müharibəyə gedib və 1992-ci il mayın 15-i şəhid olub. 
 
"Gəncə Kəpəz rayon məhkəməsinin sədri Tural Qocayev iştirakı ilə mayın 23-də sonuncu məhkəmə prosesi baş tutub. Məhkəmə təaqüdün ləğv olunması qərarını çıxarıb. Buna səbəb kimi mənim nigahımın olmasısını əsas göstərib. Hara müraciət edəcəyimi bilmirəm.Ölkə prezidentindən kömək istəyirəm. Artıq hara müraciət edəcəyimi bilmirəm", - Şahvələdova vurğulayıb.
 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məsələyə münasibət olaraq bildirilib ki, şəhidin həyat yoldaşı Mətanət Şahvələdovanın Kəpəz Rayon Məhkəməsinə nikahda olma faktının tanınması üçün müvafiq sənədlərin toplanaraq, elektron qaydada məhkəməyə müraciət edilməsində köməklik edilib.

Lakin Kəpəz Rayon Məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 2-i tarixli qərarını əsas götürərək ərizəni icraata qəbul etməkdən imtina edərək, bu barədə müvafiq qərar qəbul edib. Qərarda aprelin 4-ü Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib və ərizə icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması üçün Kəpəz Rayon Məhkəməsinə qaytarılıb.  Kəpəz Rayon Məhkəməsinin mayın 23- də keçirilən iclasında iddiaçının ərizəsi təmin olunmayıb.

Şəhid Pərviz Səmədov Birinci Qarabağ savaşı zamanı Ağdam uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. O, Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. Pərviz Səmədov kəşfiyyat hissəsinə başçılıq edib, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb və məhv edilib. 1992-ci il mayın 15-də  Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər  zamanı Səmədovun rəhbərlik etdiyi bölük ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas edib.  O, həmin əməliyyat vaxtı snayper gülləsindən ölüb.
 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol