• $
  • €
  • ₽
  • ₺
  • £

400 şəxsin xaricdə təhsil alması nəzərdə tutulub - NAZİR

400 şəxsin xaricdə təhsil alması nəzərdə tutulub - NAZİR
26.05.2022 12:49
Xaricdə təhsil proqramı üzrə sənəd qəbuluna iyunun ortasından başlanılması planlaşdırılır, bunu anews.az-a açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
 
Onun sözlərinə görə nazirlik bununla bağlı Nazirlər Kabinetinin müfaviq qərarını gözləyir.
 
"Proqram üzrə cəmi 400 yer nəzərdə tutulub. Həmin yerlərdən 320-si magistratura, 80-i isə bakalvr təhsili üçün ayrılıb. Bakalvr vakansiyası üçün çox istedadlı uşaqların sənədlərinə baxılacaq. Məsələn olimpiyadada qalib olan, ölkə üçün peşəsi çox vacib olan şəxslərin təhsil almaq üçün  xaricə göndəilməsi məqsədəuyğun hesab ediləcək", - nazir bildirib.
 
"Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2021-ci il 30 sentyabr tarixli Sərəncamı üzrə "2022-2026-cı illər üçün gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” layihəsi hazırlanıb. 
 
Təhsil Nazirliyi tərəfindən 2022-2023-cü tədris ili üçün  ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı hazırlanıb.
 
Siyahı hazırlanarkən təhsil müəssisələrinin "Times Higher Education (THE) World University Rankings” və "Academic Ranking of World Universities (Shanghai)” beynəlxalq reytinqlərindəki sıralamaları, həmçinin "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil təcrübəsi əsas hesab olunub. Bununla da Dövlət Proqramının 15 prioritet ixtisas sahələrinə (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) uyğun təhsil müəssisələrində bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılıb. 
 

Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol