Ukraynada ölən mülki vətəndaşların sayı 4000-ə yaxınlaşıb - BMT

Fevralın 24-dən Ukraynada 259-u uşaq olmaqla 3974 mülki şəxs həlak olub. Bu barədə BMT-nin İnsan Haqları İdarəsinin yenilənmiş məlumatında bildirib.
Ölənlərin yarıdan çoxu Donetsk və Luqansk vilayətlərinin payına düşür. 2106 nəfər Kiyevin nəzarətində olan ərazilərdə, 128 nəfər isə DXR və LXR-in özünü "respublika” elan etdiyi ərazilərdədir.
Həmçinin, üç aylıq döyüşlər zamanı 4600-dən çox mülki şəxs müxtəlif ağırlıqda - kəsilmiş əzalarından tutmuş yüngül xəsarətlərə qədər yaralanıb.
Təşkilat vurğulayır ki, təqdim olunan məlumat təsdiqlənmiş məlumatlara əsaslanır və real rəqəmlər daha çox ola bilər.
www.anews.az

İtkilərin əksəriyyəti geniş ərazini əhatə edən partlayıcı qurğular, ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşləri, raket və hava zərbələri nəticəsindədir.
Fevralın 24-dən etibarən Rusiya Ukraynada hərbi əməliyyatlar keçirməyə qərar verib. Bu gün müharibənin başlamasından 91 gün keçir.(BBC)
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib