• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda çörək bahalaşacaq?

Azərbaycanda çörək bahalaşacaq?
27.05.2022 13:03
Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən,r dünyada cəmi 10 həftəlik buğda ehtiyatı qalıb. Bunu beynəlxalq ekspertlər bildirib.
 
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynadan buğda ixracına mane olduğunu vurğulayaraq, bu addımın, qlobal böhranla nəticələnə biləcəyini diqqətə çatdırıb.
 
Bəs görəsən Azərbaycan buproblemi necə həll edəcək?
 
Azərbaycanın sentyabra kimi buğda ehtiyatı var
 
İqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, Azərbaycanın senytabra qədər buğda ehtiyatı var və hələlik ölkədə bu məhsula  qiymət artımı gözlənilmir.

"Azərbaycan da daxil olmaqla bir çox ölkələr buğda idxalını məhz Rusiya, Qazaxıstan və Ukrayna ölkələrindən idxal edir. Bildiyiniz kimi, Ukrayna və Rusiya arasındakı müharibəyə görə, həmin ölkələrdən buğda idxalının təşkil edilməsi bir qədər çətinləşib. Çünki Rusiyaya qarşı tədbiq edilən sanksiyalar, buna imkan vermir. Yəni, bu dövlətlər indiki vəziyyətdə buğda ixrac etmirlər. Bu səbəbdən dünya bazarında müvəqqəti olaraq, buğda ehtiyyatı azalıb. Bu azalmaya görə isə, Hindistana digər ölkələr tərəfindən alternativ bir yol kimi baxılır. Lakin çoxsaylı müraciətlərdən sonra, Hindistan dövləti, ölkədə quraqlıq baş verdiyini əsas gətirərək, bu təkliflərdən imtina etdi.Bu məsələni danışıqlar yolu ilə həll etmək olar. Azərbaycanda hal hazırda sentyabra kimi yetəcək qədər, buğda ehtiyyatı var”, – İbrahimov bildirib.

Onun fikrincə, Hindistan buğda ixracını daha yüksək qiymətə təşkil etmək istəyir. 
 
Azərbaycan buğda idxalı ilə bağlı bazar axtarışındadır

Azərbaycan Respublikasının Milli Məslisinin deputatı Tahir Rzayevin sözlərinə görə, Rusiya-Ukrayna  müharibəsi səbəbindən, Azərbaycan buğda idxalı ilə bağlı alternativ yollar axtarır.

"Ərzaq təhlükəsizliyinin aradan qaldırılması günün ən vacib məsələsinə çevrilib. Dünyada 800 milyondan çox insan aclıqdan əziyyət çəkir. Baş verən münaqişələr heç bir ölkənin xeyrinə deyil. Bu münaqişələr, Azərbaycana çox güclü təsir göstərir. Məlumdur ki, dünya bazarında buğdanın qiyməti artıb. Sözsüz ki, biz indiki vəziyyətdə Rusiya və Ukraynadan buğda idxalını təşkil edə bilməyəcəyik. Hindistanın dünya bazarına qoyduğu embarqo, bəşəri dəyərlərə ziddir”, – millət vəkili bildirib.

Onun fikrincə, Azərbaycan dövləti ərzaq təminatının təhlükəsizliyi məsələsi ilə bağı bir çox layihələr həyata keçirəcək.

"Bir çox dövlətlər buna görə müəyyən tədbirlər görməkdədir. O cümlədən, Azərbaycan dövləti də bu çətinlikləri, müharibədən əvvəl hesablayıb. Çünki hələ müharibə başlamamışdan əvvəl, Cənab Prezident, qeyd etmişdi ki, biz məhsuldarlığı artırmalıyıq. Qazaxıstan ilə bağladığımız müqaviləyə yenidən baxılır. Digər ölkələrdən Azərbaycana buğda idxalının edilməsi ilə bağlı müəyyən məsələlər qaldırılıb. Düşünürəm ki, bu müvəqqəti çətinlik, çox da uzun çəkməyəcək. Qısa zamanda bu çətinliyin öhdəsindən gələcəyik”, – Rzayev qeyd edib.


Cavanşir Qasımov

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol