Ukrayna Macarıstanla qaz idxalına dair müqavilənin müddətini uzadacaq

Ukrayna Macarıstanla qaz idxalına dair müqavilənin müddətini 2023-cü ilin mart ayının sonuna qədər uzatmaq qərarına gəlib. Bu barədə "GTS Operator of Ukraine” şirkətinin saytında məlumat verilib.
Mətbuat xidməti əlavə edib ki, bunun sayəsində qaz tədarükçüləri ölkənin ehtiyacları üçün qazın çatdırılması üçün rüblük yeni gücləri sifariş edə bilərlər. 2022-ci ilin yanvarından bəri Macarıstandan tədarüklər artıq Ukraynaya qaz idxalının 46%-ni təşkil edib.
Eyni zamanda, Ukraynanın GTS operatorunun baş direktoru Serhiy Makoqon Macarıstandan keçən istiqamətin ölkə üçün vacib olduğunu bildirib.
Mayın 22-də Polşanın Baş naziri Mateusz Morawiecki bildirib ki, Norveç neft və qaz qiymətlərinin artması nəticəsində son vaxtlar əldə etdiyi gəliri, xüsusən də Ukrayna ilə bölüşməlidir.
Polşa dövlət şirkəti PGNiG-nin birinci rübdə mənfəəti bir il əvvəllə müqayisədə iki dəfədən çox artaraq 9,6 milyard zlotiyə (2,19 milyard dollar) çatıb.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib