Meymunçiçəyi Avropanın daha bir ölkəsində

Sloveniyada meymunçiçəyi virusuna iki yoluxma faktı təsdiqlənib.
Bu barədə məlumatı İctimai Səhiyyə üzrə Sloveniya Milli İnstitutu yayıb.
İnstitutun baş epidemioloqu Mario Fafanqel bildirib ki, Kanar adalarında yoluxan şəxs Sloveniyaya gəldikdən sonra xəstəliyin əlamətləri özünü büruzə verib, hazırda pasiyentlərin vəziyyəti normaldır.
Həmçinin qeyd edilib ki, infeksiyanın əhali arasında geniş yoluxmaya səbəb olma ehtimalı aşağı qiymətləndirilir.
Yoluxmuş şəxslərlə təmasda olanların üç həftə ərzində səhhətlərində dəyişikliklərin diqqətdə saxlanması tövsiyə olunub. Yoluxmuş şəxslər isə üç həftə karantində qalmalıdırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























