• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülər cərimələndi - VİDEO

Sürücülər cərimələndi - VİDEO
24.04.2014 09:48
Qanunsuz sərnişin daşıma ilə məşğul olan sürücülərə qarşı tədbirlər davam edir. Bu dəfə Bakı-Sumqayıt marşurutu ilə işləyən sürücülər cərimələnib.Reyd zamanı nəqliyyat müfəttişləri ilə sürücülər arasında mübahisə yaranıb. Səbəb isə sürcülərin qanunsuz olaraq idarə etdiyi avtobusdan düşmək istəməməsidir.Bakı-Sumqayıt istiqamətində, heç bir lisenziya olmadan, sürücülük vəsiqəsiz, sərnişindaşıma ilə məşğul olan bəzi şəxslər, nə Nəqliyyat Nazirliyinin, nə də Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına tabe oldu.Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Texniki Universitetin tələbələrini qanunsuz idarə etdiyi avtobusla Sumqayıtdan Bakıya çatdırmaq istəyən sürücünün istəyi isə ürəyində qaldı. Çünki sürücünün müvafiq sənədləri yox idi. Güvəndiyi yer isə deyəsən var idi. Çünki polisin əmrinə tabe olmayıb ancaq mobil telefonla danışırdı.Nəqliyat Nazirliyi və Dövlət Yol Polisi əməkdaşları daha bir, bu cür qanunsuz sürücülük fəaliyyəti göstərən şəxsi saxladılar. O, isə digərlərindən fərqli olaraq əmrə tabe olub, bir də bu cür səhvə yol verməyəcəyini bildirdi.Sürücülük vəsiqəsi, lisenziyası qaydasında olmayan daha bir avtobus saxlanılsa da, sürücü sərnişinlə dolu avtobusun açarını da götürüb ərazidən uzaqlaşdı. Sərnişinlərsə Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən avtobusdan çıxarıldı. Elə bu məqam bu dəfə müffətişlə sərnişin arasında mübahisəyə səbəb oldu.Bəzi sürücülərsə, nazirlik əməkdaşlarına nəqliyyat vasitəsinin açarını təqdim etmədiyindən avtobus çox çətinliklə də olsa, evakuatrla ərazidən uzaqlaşdırıldı.Nəqliyyat Nazirlyinin Sumqayıt Regional şöbəsinin rəis müavini Ramin Sadıqov bu cür sürücülərə qarşı reydlərin mütəmadi keçiriləcəyini bildirdi.Yol-patrul xidmətinin inspektoru Qadir Cəbiyevsə əmrə tabe olmayanlar haqqında protokolların tərtib edildiyini bildirdi.Reydlərin ayın sonundadək davam edəcəyi bildirilir.//Anspress
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol