Bu qanunu pozanlar 10 min manatadək cərimələnəcək

Azərbaycanda insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyən edilir. Qanun Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 162-1.1 maddədə əksini tapıb.
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
www.anews.az
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























