Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq?

Daşınmaz əmlakın alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin 30 %-nin fiziki şəxslərə geri qaytarılması qaydaları yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan mənzillərə şamil ediləcək. Bu barədə vergi məsələləri üzrə ekspert Anar Bayramov məlumat verib.
ƏDV-nin qeri qaytarılması öhdəliyi Prezident İlham Əliyevin mayın 25-də təsdiq etdiyi "Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda öz əksini tapıb.
Onun sözlərinə görə, yeni qayda ilə bağlı bəzi məsələlərin tənzimlənməsinə ehtiyac var.
"Mənzil MTK-dan alınmalıdır”
"Ümumi müddəa budur ki, yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin 30 %-i vətəndaşa geri qaytarılır. Hər hansı bir şəxsdən, agentlikdən alınan daşınmaz əmlaka bu qayda şamil olunmur. Mənzili satan şəxs mütləq bina tikintisi ilə məşğul olmalı və ƏDV ödəyicisi olmalıdır. Bu, MTK da ola bilər, hər hansı digər korporativ də", - A. Bayramov bildirib.
Onun sözlərinə görə, 2021-ci ilə qədər ölkədə qüvvədə olan qanunvericiliyə əsasən bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləri idi: "Onların vergitutma mexanimzi başqa cür tənzimlənirdi. Yəni mənzilin kvadratı sabit məbləğə, zona əmsalına vurularaq ödəniləcək vergi hesablanırdı.
2021-ci ildən bu şəxslər də ƏDV ödəyicisi olub. Ola bilər ki, bina tikintisi ilə məşğul olan şirkət bu gün ƏDV ödəyicisidir, amma, məsələn, 2019-cu ildə bina tikib, həmin binadan bir neçə satılmayan mənzil qalıb və bu gün şirkət həmin mənzili satır. Bu zaman həmin mənzillərə görə ödənilən ƏDV-nin 30 %-i geri qaytarılmayacaq. Çünki həmin bina şirkətin sadələşmiş vergi ödəyicisi olduğu dövrdə tikilib. Amma bina tikintisi ilə məşğul olanların ƏDV ödəməyə cəlb edilməsi barədə qanun qəbul ediləndən sonra şirkət növbəti binanı tikibsə, bu binadan satılan mənzillərə görə ödənilən ƏDV-nin 30 %-i vətəndaşa geri qaytarılır".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























