Azərbaycanda yeni içməli su standartı və qaydaları hazırlanacaq

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri və Milli İşçi Qrupun üzvləri arasında "İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” Dövlət Standartlarının hazırlanması üzrə görüş keçirilib.
Bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, görüşdə ÜST nümayəndələri bildiriblər ki, missiyanın məqsədi Azərbaycanda yeni içməli su standartları və qaydalarının hazırlanmasına texniki dəstək göstərməkdir.
"Azərsu", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Standartlaşdırma İnstitutu, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərindən ibarət Milli İşçi Qrupunun təklif etdiyi su standartı layihəsi müzakirə olunub, içməli suyun təhlükəsizliyi planı, gələcək hədəflər, içməli suyun fiziki-kimyəvi və bakterioloji parametrlərinin öyrənilməsi ilə bağlı müzakirələr aparılıb. ÜST-nin ekspertləri tərəfindən müvafiq tövsiyələr verilib və bu sahədə ən yaxşı təcrübələr barədə fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























