• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
28.05.2022 17:30
Zəngilan rayonunda, "Ağıllı kənd”də Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə TƏBİB-dən  bildirilib.

Mərkəzdə hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi, laborator xidmətləri otaqları və stomatoloji kabinet fəaliyyət göstərir.

Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilator, EKG cihazı, sterilizator, portativ lampa, ekspress laborator test cihazları, aspiratorla təchiz olunub.

Eyni zamanda, tibb məntəqəsi stomatoloji kreslo, portativ rentgen cihazı və alətlər, qanalma kreslosu, ginekoloji müayinə masası, əlil arabası, xərək, vaksin və dərmanlar üçün məlumat matris oxuyucusu, stetoskop, tonometr, otoskop, refleks çəkic, snellen göz qrafiki, oftalmoskop, kiçik cərrahi əməliyyat dəsti, manometrli oksigen balonu, təcili yardım dəsti, larinqoskop dəsti, oksigen borusu və maskaları, intubasiya borusu və köməkçi hava yolu cihazları kimi tibbi ləvazimatlarla da təmin olunub.

Mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yardılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsiylə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məslətləşmələr aparmaq imkanı verir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol