Azərbaycanda seçicilərin nə qədəri qadındır?

Azərbaycanda seçicilərin 3 020 387 nəfəri kişi, 3 381 568 nəfəri qadındır. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, ölkədə yaşı 100 və daha çox olan 259 nəfər seçici var.
"Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq.Buna səbəb seçici siyahısının dəqiqləşdirilməsindən sonra bəzi məntəqələr üzrə sayın Seçki Məcəlləsində nəzərdə tutulandan çox olmasıdır. Dairə seçki komissiyaları bununla bağlı işlərə başlayacaq”, - o bildirib.
Seçki Məcəlləsinə əsasən, hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır.
Seçki Məcəlləsinə əsasən, hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























