Bakıda yaşayış binasında yanğın - FOTO

Dünən axşam saatlarında Bakının Nərimanov rayonunda yanğın olub.APA-nın məlumatına görə, Atatürk prospektində yerləşən yaşayış binasının ikinci mərtəbəsində mənzil yanıb. Bina sakinləri hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər mənzilə alovun qarşısını alıblar. Mənzildə tüstüdən zəhərlənən azyaşlı aşkarlanıb. O, yanğınsöndürənlər tərəfindən xilas edilib və xəstəxanaya göndərilib. Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, kondisioner, 2 kv.m sahədə mebel dəsti, 1 kv.m sahədə pəncərə çərçivəsi yanıb və yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 3 kv.m sahədə əriyib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























