Gəncədə AXCP üzvü olan ictimai fəal saxlanılıb

İctimai fəal Razi Alışov mayın 28-də axşam saatlarında Gəncədə evində saxlanılıb. Bu barədə AXCP Gəncə şöbəsinin sədri Bəxtiyar Yusibov bildirib.
"Nəzarət buraxılış mənətqəsinin əməliyyat hissəsinə keçməyimi istədilər. Kecdim və orada növbətçi özü də bilmədən qapının ağzında duran mülki geyimlilərə işarə etdi ki, Razi ilə maraqlanır. Mən üzümü onlara tutub dedim ki, AXCP Gəncə şöbəsinin sədriyəm. Razinin Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə şübhəli bilindiyini bildirdilər. Bunun şər olduğunu söylədim", - Yusifov bildirib.
Kəpəz polis idarəsindən verilən məlumata görə, Razi Alışovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1 maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamanı nəzərdə tutur. Bu maddə ilə ittiham olunan şəxslər üç ilədək müddətə azadlıqdan məhrum.
İş üzrə Gəncə Baş Polis idarəsi araşdırma aparır.
Alışov indiyədək məhkum edilməyib.
Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























