Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilib - YENİLƏNİB

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə yeni üzvlər təyin edilib. Bununla bağlı Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Beləliklə, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarov AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediliblər.
******
Parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilir. Tahir Mirkişili qeyd edib ki, bu gün rəhbərlik etdiyi komitənin iclası keçirilib.
"Hər iki namizəd iqtisadçıdır. Komitə namizədlərin təyin edilməsi məsələsinə müsbət rəy verib”, - o deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























