Milli parklarda “açıq qapı” günü keçiriləcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun ilə əlaqədar Azərbaycanın milli parklarında "açıq qapı” günü keçiriləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Nazirlik Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqları ailə üzvləri ilə birgə təbiət qoynunda istirahət etməyə və təbiət gözəlliklərindən zövq almağa dəvət edib.
Milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.
Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb.
2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb.
Hazırda milli parklar 310.136,5 hektarlıq ərazi ilə Azərbaycan ərazisinin 3,58%-ni təşkil edib. Eyni zamanda Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində Samur-Yalama Milli Parkının layihəsi işlənilmiş və icrasına başlanılmış, 2012-ci ildə milli parkın yaradılmasıyla tamamlanıb.
Azərbaycanda milli parklar milli və beynəlxalq nadir təbiət və mədəni sərvət dəyərlərinə malik olan təbiət hissələri, elmi və estetik baxımdan mühafizə, rekreasiya və turizm əraziləridir.
Milli parklar endemik növlərin mühafizəsinə təminat verir, onların daxilində mövcud olan mühüm məhdudiyyətlər sayəsində onların buraxılması cərimələrlə nəticələnə bilər. Məhdudiyyətlər aşağıdakılardır
- İçərisində tikmək və tikmək qadağandır.
- Giriş məhdudlaşdırılıb yalnız yollar şəbəkəsinə və müxtəlif marşrutlara icazə verir.
- Ətraf mühitə zərərli fəaliyyətlər qadağandır: ov, tonqal yandırmaq...
- Elmi səbəblərdən başqa heç bir növ material toplana bilməz.
- Müəyyən vaxtda məhdud sayda ziyarətçi yalnız icazə verildiyi piyada nəqliyyat vasitələrində həyata keçirilə bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























