• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi radara düşdü, cəriməsi vətəndaşa yazıldı - FOTO

Yol polisi radara düşdü, cəriməsi vətəndaşa yazıldı - FOTO
31.05.2022 11:49
Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.

Sosial şəbəkələrdə məlumat paylaşan sürücü F.A. son vaxtlarda Bəhramtəpə yolundan istifadə etməsə də, ona cərimə yazıldığını və DYP avtomobilinin qaydaları pozmasını əks etdirən fotoların həmin protokola əlavə edildiyini bildirib. Belə ki, Hacıqabul-Horadiz yolunun İmişli rayonundan keçən hissəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə, 06:54-də radara düşüb. Bununla bağlı cərimə protokolu 99 MP 978 dövlət nömrə nişanlı avtomobilə yazılıb.
 
"O saatda mən evdə yatırdım, ömrümdə də belə avtomobilim olmayıb. Sarı jilet isə əsla geyinməmişəm”, - o deyib. 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib ki, baş vermiş nöqsan artıq aradan qaldırılıb: "Bildiyimiz kimi, həmin qayda pozuntularını elektron qaydada fəaliyyət göstərən qurğular müəyyən edirlər. Artıq sistemdə qeydə alınmış yanlışlıq aradan qaldırılıb və vətəndaşla bağlı elektron sistemdə təyin edilmiş cərimə cəzası müvafiq qaydada silinib. (qafqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol