• $
  • €
  • ₽
  • ₺
  • £

Mediasiya təşkilatlarına daxil olan müraciətlərin sayı açıqlanıb

Mediasiya təşkilatlarına daxil olan müraciətlərin sayı açıqlanıb
31.05.2022 12:02
Bakı üzrə 15 mediasiya təşkilatına daxil olan müraciətlərin sayı 10 197 olub. Bu fikirləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

Onun sözlərinə görə, ümumilikdə mediasiya təşkilatlarına edilən müraciətlərin sayı isə 15 018 təşkil edib. Sədr bildirib ki, müraciətlərin 12 872-i ailə mübahisəsi, 1550-i kommersiya mübahisəsi və 596-sı əmək mübahisəsi ilə bağlı olub.

"Mediasiya Şurasına regionlardan daxil olan müraciətlərin sayı isə 4821 olub. Ailə müraciətlərinin sayı 4238, kommersiya müraciətlərinin sayı 379, əmək müraciətlərinin sayı isə 104 təşkil edib", - o deyib.

Adilov həmçinin qeyd edib ki, bu ilin 5 ayında əldə olunan barışıq sazişlərinin sayı 568-dir. Onun sözlərinə görə, barışıqların 478-i ailə münaqişələri, 124-ü kommersiya, 101-i isə əmək münasibətləri üzrə müraciətlərdən əldə olunub.
 
Mediasiya mübahisənin məhkəmədən kənar qaydada qarşılıqlı razılıq əsasında həll prosesidir.


Mediasiya prosesinə həm məhkəməyə qədər, həm də məhkəmə prosesləri zamanı müraciət etmək olar. Bu prosesi həyata keçirən, tərəflər arasında danışıqlar apararaq razılıq əldə etməyə çalışan şəxs mediator adlanır.


Mediatora dair tələblər aşağıdakılardır:


• yaşı 25-dən aşağı olmayan;
• ali təhsilli;
• 3 il stajı olmalı;
• mediatorların hazırlıq proqramı üzrə təlim keçdiyini təsdiqləyən sertifikata malik;
• peşəkar mediatorların reyestrinədaxil edilmiş şəxslər.


Mediasiyanın keçirilməsinin şərtləri:

• Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə və onlar arasında mediasiya haqqında müqavilə
bağlandığı zaman keçirilir;
• Mülki, əmək və ailə münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi zamanı
mediasiya həm məhkəməyə müraciət edilənə qədər, həm də məhkəmə araşdırması başlandıqdan sonra tətbiq edilə bilər;
• Tərəflər razılaşdıqda mediasiya məhkəmənin təşəbbüsü ilə də tətbiq oluna bilər;
• Məhkəməhər hansı formada tərəfləri mediasiyaya məcbur edə bilməz;
• Mediasiya prosesi tərəflər arasında mediasiya haqqında müqavilə bağlandığı gündən
başlayır;
• Tərəflərdən biri mediasiyaya müraciət barədə yazılı formada təklif göndərdiyi vaxtdan 10
təqvim günü ərzində digər tərəfin mediasiyanın tətbiqinə razılığını almadıqda belə təklif rəddedilmiş sayılır;
• Tərəflər mediasiyanın keçirilməsi üçün qarşılıqlı razılıq əsasında bir və ya bir neçə
mediatoru seçirlər;
• Mediasiyanın keçirilməsinin ümumi müddəti 60 təqvim günündən çox olmamalıdır;

Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq bu müddət tərəflərin razılığı ilə 30 təqvim günündəkuzadıla bilər. Mediasiyanınkeçirilməsinin konkret müddəti isə ümumi müddət nəzərəalınmaqla mediasiya haqqında müqavilə ilə müəyyən olunur.

Mediasiya haqqında qanunun 3-cü maddəsinə görə mediasiya qaydasında qarşılıqlı razılıqla mülki işlər və iqtisadi mübahisələr, ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək mübahisələri, inzibati hüquq münasibətləri, cinayət və inzibati xətalar üzrə işlərdən irəli gələn mübahisələr həll oluna bilər.

Ailə mübahisələri, iqtisadi mübahisələr və əmək mübahisələrlə bağlı mediasiya proseduru zəruridir. Belə ki, bu mübahisələrlə bağlı tərəflər məhkəməyə müraciət etməmişdən öncə mediasiya prosesindən keçməlidir. Bu prosesin nəticəsində tərəflər razılığa gələrsə, barışıq sazişi imzalanır, razılıq olmazsa arayış verilir. Həmin arayışla məhkəməyə müraciət etmək olar.

Həmçinin, tərəflər öz istəkləri ilə cinayət və inzibati xətalar üzrə işlərdən irəli gələn mübahisələrdə mediasiyaya müraciət edə biləcəklər.
 
2019-cu il 29 mart tarixində 1555-VQ nömrəli "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu(bundan sonra - "Qanun”) qüvvəyə minib.

Ləman Qasımova
 
Həmçinin bax: Mediasiya barədə videoçarx -  https://youtu.be/3sIrDlGfJuQ


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol