Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlər kimdir? - DOSYE

Milli Məclisin bu gün keçirilən plenar iclasında iki nəfərin Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə üzvlüyü təsdiq olunub. Belə ki, Rəşad Orucov və Əliyar Məmmədyarov AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediliblər.
www.anews.az
Rəşad Orucov 1978-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi və fərqlənmə diplomu ilə bitirib. O, əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb.
2000-2004-cü illərdə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı, 2004-2006-cı departamentin IT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi, 2006-2008-ci illərdə departamentin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2011-ci illərdə departamentin direktoru vəzifələrində çalışıb, 2011-ci ilin iyunundan indiyə kimi Mərkəzi Bankın Baş direktoru olub.
Orucov 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var. Rəşad Orucov həm də Beynəlxalq Bankın sədri vəzifəsinə daha əvvəl adı hallandırılmış Məmməd Musayevin kürəkənidir.
Əliyar Məmmədyarov isə 1977-ci ildə Bakıda anadan olub. O, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "İqtisadçı” ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. O, 1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.
Əliyar Məmmədyarov 2001-2004-cü illərdə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 saylı nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib, 2004-2006-cı illərdə departamentin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri, 2006-2007-ci illərdə departamentin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2016-cı illərdə departamentin direktor müavini və direktoru olub, 2016-cı ilin mayından indiyədək Mərkəzi Bankın sədrinin müşaviri olub.
O, 2017-ci ilin sentyabrından 2019-cu ilin aprelinə qədər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının sədri vəzifəsində də işləyib. Məmmədyarov 2012-ci ilin fevral ayında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























