Sabahın hava proqnozu necə olacaq?

İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, cənub küləyi əsəcək. Bunu Milli Hidrometeorologiya Xidmətindən bildiriblər.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, Bakıda gecə 17-19° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























