Uşaqlara investisiya qoyulması yaxşı nəticələr verir - Nazirdən AÇIQLAMA

Azərbaycanda ailələrin uşaqlarına kiçik yaşlarından investisiya qoyub pul xərcləməsi yaxşı haldır və müşahidələr də bunun gələcəkdə yaxşı nəticələr verdiyini göstərir, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
"Təcrübələr də göstərir ki, ən aşağı yaşlardan uşağa pul xərclənərsə həmin investisiya gələcəkdə itməz. Bu məsələ məhz repetitorluq bağlı məsələ deyil. Uşaqlara digər vəsaitlərin alınması təqdirəlayiq haldır. Amma ibtidai təhsildən sonra, əsas da ali təhsil müəssisələrinə hazırlıq mərhələsində repetitorluğa müraciətlərin çox olduğunu müşahidə edirik. Mənim sözümün mahiyyəti bundan ibarətdir ki, bu məktəbdəki təhsillə yanaşı olmalıdır. Çünki uşaq uzunmüddət məktəbdə yaxşı oxumasa onun son iki ildə repetitor yanına getməsi müsbət bir nəticə verməyəcək. Buna həm statistika, həm də qəbul imtahanlarına baxmaqla demək olar"
Nazir əlavə edib ki, 9-cu sinifdə imtahanlarda aşağı nəticə göstərən şagirdlər 11-ci sinifdə də eyni nəticəni göstərir.
www.anews.az

"Məktəbin 9-cu sinifə qədər olan təhsili sonrakı repetitor mərhələsində özünün müsbət nəticəsini göstərə bilər. Əks halda buna heç bir müsbət hal kimi baxmaq doğru deyil", - o deyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib