• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni cərimələr müəyyən edilir

Azərbaycanda yeni cərimələr müəyyən edilir
31.05.2022 13:23
Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyən edilir. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Belə ki, məcəlləyə yeni - 179-1-ci maddənin əlavə edilməsi təklif edilir.

Yeni maddəyə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydasında hazırlanan və Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun ( qərar) layihəsinin dəstəklənməsi üçün dövlət orqanlarının, bələdiyyə qurumlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplamasında iştirak etməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.

Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı imza toplanması prosesini və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydası haqqında” qanunda nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, təşkilatların, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcək.

Cinayət Məcəlləsinə təklif edilən yeni - 161-1 maddədə isə qeyd edilib ki, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında hazırlanan və Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün imzaların toplanması prosesində vətəndaşları imza qoymağa məcburetmə və ya imza qoymağa mane olma, yaxud bunlara hər hansı formada mükafatlandırma 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya 240 saatdan 300 saatadək ictimai işlərlə cəzalandırılacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol