• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq bağçalarında problemlər aşkarlanıb - RƏSMİ

Uşaq bağçalarında problemlər aşkarlanıb - RƏSMİ
31.05.2022 13:42
Azərbaycanda aparılan monitorinq nəticəsində uşaq bağçalarında yüzlərlə problem aşkarlanıb, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

"Uşaq bağçalarında qidalanma ilə bağlı sənədlər 1994-cü ildə təsdiq olunub və üstündən uzun zaman keçib. Təhsil Nazirliyi tərəfindən bir neçə il öncə bütün tip internat məktəblərində qidalanma normaları dəyişdirilib və mexanizm bu istiqamətdə hazırlanıb. Bağçalarda model bir az fərqlidir. Biz oxşar modelin bağçalarda da yaradılmasını düşünürük. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik”, - nazir əlavə edib.
 
Bütün tip internat məktəblərindəki qida rasionu ilə bu linkdən tanış ola bilərsiniz - https://e-qanun.az/framework/13549 
 
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansında olan bütün bağçalar  cari il yanvarından Təhsil Nazirliyinin tabeliyinə keçirilib. Rəsmi məlumata görə, artıq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində bağça yoxdur. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi də artıq nazirliyin tabeliyindədir. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində 3 uşaq evi qalıb. 

2021-ci il dekabrın 20-də Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.  Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. 
 
2021-ci ilin məlumatına görə, Azərbaycanda 1825 uşaq bağçası var ki, onlardan 1692 dövlətdir. Dövlət bağçalarında 126 mindən çox uşaq tərbiyə alır. Həmçinin, 133 özəl bağça var ki, orada 5124 uşaq var. 

Gülnar Nazimqızı




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol