• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil tələbə kreditinə müraciətlər artacaq - Emin Əmrullayevdən açıqlama

Təhsil tələbə kreditinə müraciətlər artacaq - Emin Əmrullayevdən açıqlama
31.05.2022 13:57
Növbəti semestrdə təhsil tələbə kreditlərinə müraciətlərin artacağı proqnozlaşdırılır, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarına cavab verərkən bildirib.

"Ötən il 4 min tələbəyə təhsil tələbə krediti verilib və bu proses davam edəcək. Sadəcə bu kredit verilməyə başlayanda bir qisim tələbə öz ödənişlərini icra etmişdi deyə müraciət az oldu. Növbəti semestrdən bu rəqəmlərin artması gözlənilir. Tələbələr yeni dərs ilinə başlayanda online qeydiyyatdan keçməklə müraciət üçün  öz imkanlarını yoxlaya biləcək”-, nazir vurğulayıb.

Nazirin sözlərinə görə təhsil kreditləri iki kateqoriyaya ayrılıb.

"Təhsil kreditləri sosial və standart kreditləri meyarlarında müəyyənləşib. Sosial kreditlər əsasən sosial cəhətdən məsələn hər iki valideyni əlil olan, sosial müavinət alan ailələrin uşaqları üçün nəzərədə tutulub. Digər standart kredit isə tələbənin qəbul balına uyğun, smest vaxtı göstərdiyi nəticələrə uyğun olaraq veriləcək”, - nazir qeyd edib.

Emin Əmrullayev bildirib ki, gələcəkdə daha yaxşı nəticə göstərən tələbələrə təhsil tələbə kreditlərində müəyyən güzəştlərin edilməsi nəzərdə tutulub.
 
Azərbaycanda 2021-2022-ci tədris ili üzrə 5678 tələbə təhsil krediti almaq üçün müraciət edib. Fevralın 16-dan 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna başlanıb.

Təhsil krediti ilə ali təhsili bitirən tələbəyə kreditin geri qaytarılmasına başlamaq üçün 2 il güzəşt olunur. Yəni, tələbələr universiteti bitirdikdən 2 il sonra krediti qaytarmağa başlasalar, 10 il ərzində onu tamamilə geri qaytara bilərlər.

Kredit aldığı semestri əlaçı bitirən tələbə həmin məbləğin yarısını qaytarır. Yəni 8000 manat kredit götürübsə, ortalama balı 91-dən yuxarı olan tələbə 4000 kredit ödəmiş olacaq.
 
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol