• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gündən 19 minə yaxın səhiyyə işçisinin əmək haqları artırılır

Bu gündən 19 minə yaxın səhiyyə işçisinin əmək haqları artırılır
01.06.2022 11:41
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin qərarı ilə bu gündən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunacaq.

Agentlikdən verilən məlumata görə, bununla da həkimlərə ödəniləcək əmək haqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edəcək.

Artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Bununla bağlı müvafiq dəyişiklik "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda öz əksini tapıb. Səhiyyə işçilərinin əmək haqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanacaq.

Nümunə 1:

Həkim kardioloqun 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Həkim kardioloqun vəzifə (tarif) maaşına 800 manat sabit əlavə tətbiq edilir. Bundan başqa həkim kardioloqa ambulator və stasionar fəaliyyət üzrə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr ödənilir. 468+800=1268 manat + işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr.

Dəyişiklikliyə əsasən səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimlərinə (həkim-stomatoloq istisna olmaqla) və ailə həkimi ixtisasları üzrə çalışan həkimlərə verilən aylıq həvəsləndirici əlavələrin məbləği də artıb. Belə ki, onların aylıq vəzifə (tarif) maaşına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavənin məbləği 500 manata çatdırılıb.

Tibb müəssisələrində psixoloq, loqoped və pedaqoq, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində çalışan mütəxəssislərə verilən sabit aylıq həvəsləndirici əlavələrin məbləği də artaraq 500 manat təşkil edir.

Nümunə 2:

Ailə həkiminin 12-c dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Vəzifə (tarif) maaşına 500 manat sabit əlavə tətbiq edilir. 468+500=968.
Eyni zamanda sabit həvəsləndirici əlavələr verilən həkimlərin siyahısına təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbə və bölmələrinin), təcili tibbi yardım şöbə və bölmələrinin həkimləri əlavə olunub. Onlar üçün 250 manat məbləğində sabit həvəsləndirici əlavələr müəyyən olunub. Xatırladaq ki, hazırda sözügedən sahədə çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşları 2 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən edilir.
Nümunə 3:

Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Təcili tibbi yardım həkimlərinin aylıq vəzifə (tarif) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilir. 936+250=1186 manat.

Sabit həvəsləndirici əlavələr verilən qeyri-tibb işçilərinin siyahısına isə tibb müəssisələrində çalışan müharibə iştirakçıları ilə iş üzrə mütəxəssislər əlavə edilib. Bu mütəxəssislər üçün sabit aylıq əlavə 350 manat məbləğində müəyyən olunub.

Artım şamil edilən həkimlərin məvacibinə həmçinin Qaydanın 6-cı bəndində qeyd edilən əmək şəraitinə görə əlavələr hesablana bilər. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol