• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir”

Prezident: “Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir”
01.06.2022 12:22
Azərbaycan və Avropa Komissiyası arasında səmərəli əməkdaşlıq Cənub Qaz Dəhlizinin reallaşdırılmasında mühüm rol oynadı və gələcək planlarımızın həyata keçirilməsində vacib rol oynayacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib.
 
"Biz Avropa Komissiyası ilə daimi təmasdayıq. Fevral ayının əvvəllərində Bakıda Avropa İttifaqının (Aİ) enerji üzrə komissarı və Azərbaycanın energetika naziri arasında baş tutmuş müzakirələr nəticəsində Azərbaycan və Aİ arasında enerji dialoqu yaradıldı. Bura neft, qaz, elektrik enerjisi, bərpa olunan enerji və enerji səmərəliliyi daxildir. Bunlar geniş məsələlərdir və onların müzakirəsi gələcək planlarımızı qurmağa imkan verəcək”, - dövlət başçısı deyib.

İlham Əliyev söyləyib ki, Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir: "Hasilatın pay bölgüsü ilə bağlı ilk müqavilənin imzalandığı 1994-cü ildən indiyədək müqavilədə bir söz belə dəyişdirilməyib. Bu, bizim mövqeyimizi nümayiş etdirir. Biz öhdəliklərimizə hörmət edir, onları yerinə yetiririk və istəyirik ki, tərəfdaşlarımız da öz öhdəliklərini yerinə yetirsin”.

Dövlət başçısı Azərbaycanda siyasi və iqtisadi sabitliyin olduğunu nəzərə çatdırıb: "Yeni infranstrukturun tikintisi, böyük potensial, təcrübə - bütün bu amillər böyük enerji şirkətlərinin bərpa olunan enerjiyə investisiya qoymaq üçün cəlb edilməsi baxımından mühüm rola malikdir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol