132 nömrəli marşrutun gediş haqqı azaldılıb

Sabahdan 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə gediş haqqı 40 qəpikdən, 35 qəpiyə düşəcək. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.
"Müntəzəm marşrut xətləri üzrə nağdsız ödənişə keçidin təmin olunması istiqamətində tədbirlər çərçivəsində 2 iyun 2022-ci il tarixindən 132 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək", - məlumatda deyilir.
Hazırda üzrə bu marşrut üzrə gediş haqqı 0. 40 qəpiktəşkil edir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























