132 nömrəli marşrutun gediş haqqının azaldılmasının SƏBƏBİ

Sabahdan 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə gediş haqqı 0,35 manat təşkil edəcək. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Gediş haqqındakı dəyişikliklə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev söyləyir ki, 132 nömrəli avtobusda gediş haqqı məsafəyə görə dəyişir.
" Əvvəllər gün ərzində avtobusdan istifadə edən sərnişinlərin 80 faizi 40 qəpik gediş haqqı ödəyirdilər. İndi isə kart sisteminə geçdiyinə görə 35 qəpik müəyyən edilib. Burada qiymət artımından söhbət gedə bilməz. Şəhərdaxili avtobuslar 30 qəpik, şəhərətrafı avtobuslar isə fərqli olur- Ağayev bildirib.
Hazırda Bakıda ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi "BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.
Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























