Səlim Müslümov xəstəxanaya yerləşdirildi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xəstəxanaya yerləşdirilib. Bu barədə sabiq nazirin qohumları məlumat verib.
Məlumata görə, Səlim Müslümov qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir. İstintaq təcridaxanasından ev dustaqlığına buraxılandan sonra sabiq nazirin səhhətindəki problemlər ciddiləşdiyindən o Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. Hazırda onun müalicələri davam etdirilir.
Səlim Müslümov 2021-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. Bir müddət öncə sabiq nazir səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmiş, orada müalicələri nəticə vermədiyindən ev dustaqlığına buraxılmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























