Bakı metrosunda kondisioneri olan qatarların sayı açıqlanıb

Bakı Metrosunda olan kondisionerli qatarlarda mikroiqlim sistemi ilin bütün fəsillərində aktivdir. Bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Bəxtiyar Məmmədovun sözlərinə görə, müasir qatarlarda temperatur avtomatik tənzimlənir:
"Hazırda metroda 19 qatar yaxud 95 vaqonda mikroiqlim tənzimlənməsi sistemi var və standart olaraq 25 dərəcə götürülür. Amma sərnişin sıxlığından asılı olaraq sistemin iş rejimi də dəyişir. Hətta stansiyalar arasındakı məsafə, qapıların açılıb bağlanma tezliyi də temperatura təsir edir”.
"Bakı Metropoliteni” sözçüsü səhhətində problem olan sərnişinlərin maşinistlə əlaqə saxlamasını tövsiyə edib:
Qeyd edək ki, hazırda "Bakı Metropoliteni”nin ümumilikdə 315 vaqonu yaxud 63 qatarı var. Lakin onlardan 95 vaqon və ya 19 qatar müasir standartlara cavab verir. Gün ərzində isə xəttə 40-45 qatar buraxılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























