ÜST meymunçiçəyinə görə narahatdır

Meymunçiçəyinin 30-dan çox spesifik olmayan ölkədə ortaya çıxması onu deməyə əsas verir ki, xəstəliyin yayılması bir qədər gec məlum olub. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
www.anews.az
Bir qayda olaraq Afrikada mövcud olan xəstəlik qitədən kənarda 30-dan çox ölkədə 550 nəfərdə aşkar edilib. Bu da xəstəliyin pandemiyaya çevriləcəyinə dair şübhələr yaradıb. Bunu nəzərə alaraq ÜST yoluxma aşkar edilən ölkələrin tibb qurumlarını sayıqlığı artırmağa çağırıb.
Son zamanlar həkimlər müxtəlif Avropa ölkələrində, eləcə də Amerika və Avstraliyada meymunçiçəyinə yoluxma qeydə alıb. İnfeksiyanın yayılma yolları hələ ki mütəxəssislərə aydın deyil.
Bu virus infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.
İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir.
Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır.
Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər.
Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib