• $
  • €
  • ₽
  • ₺
  • £

BP Azərbaycana nə qədər investisiya qoyub? - AÇIQLAMA

BP Azərbaycana nə qədər investisiya qoyub? - AÇIQLAMA
02.06.2022 12:39
BP şirkəti indiyədək  Azərbaycan iqtisadiyyatına 84 milyard dollar investisiya qoyub. Bunu BP-nin əməliyyatlar və hasilat üzrə icraçı vitse-prezidenti Qordon Birrel  Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.
 
Birrel vurğulayıb ki, Azərbaycan iqtisadiyyatına investisiyaların sabitliyi enerji infrastrukturunun inkişafı, neft-qaz ehtiyatları hasilatının daimi xarakter daşıması, eləcə də "yaşıl" enerjiyə keçid üzrə genişmiqyaslı layihələrin olmasına görədir.

BP-nin son açıqlamasına görə, 2022-ci ilin birinci rübü ərzində "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə fəaliyyətlərə təqribən 133 milyon dollar əməliyyat məsrəfləri və 396 milyon dollar əsaslı məsrəflər xərclənib.2021-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 142 milyon və 463 milyon dollar təşkil etmişdi. 


Beləliklə, BP-nin AÇG üzrə əməliyyat məsrəfləri 6,3%,  əsaslı məsrəflər isə 14,5% azalıb.

AÇG-də iştirak payları aşağdakı kimidir: BP (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBES jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol