"Coca-Cola" cərimələndi

Azərbaycanda "Coca-Cola" şirkətinə cərimə protokolu yazılıb.
Bu barədə Elektron Məhkəmə Sistemində məlumatlar dərc edilib.
Belə ki, "Azərbaycan Koka-Kola Bottlers Limited” MMC ("Coca-Cola") barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























