• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıb

Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıb
02.06.2022 21:30
Azərbaycanda özəl təhsil sahəsində yeni ictimai qurum - Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıb.

 20 üzvü olan assosiasiya İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılıb.


Məqsəd özəl təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təmin etmək, özəl təhsil sektorunun və yüksək rəqabətli insan kapitalının inkişafına töhfə verməkdir.


Assosiasiya özəl təhsil sektorunun rəqabətliliyini təmin etmək məqsədilə özəl təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, ümumi bazar payının və müvafiq sahədə çalışanların peşəkarlıq səviyyəsinin arıtılması üçün bazar araşdırması, sektoral tədqiqatlar, təlimlər həyata keçirəcək, kadr hazırlığının təmin olunmasına dəstək göstərəcək. Assosiasiya bu tədbirlərin reallaşdırılması üçün dövlət və qeyri-dövlət qurumları ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.


Bu il mayın 31-də KOBİA-nın dəstəyi və Agentlik yanında İctimai Şuranın təşkilatçılığı, eləcə də təhsil naziri Emin Əmrullayevin, müvafiq dövlət qurumlarının və özəl təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakı ilə yeni ictimai birliyin təqdimatı keçirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol