Özəl yay məktəblərinin qiymətləri - SİYAHI

Bakıda özəl yay düşərgələri təşkil edən bir çox şirkətlər var. Həmin düşərgələr 1-10-cu sinif şagirdləri üçün nəzərdə tutulub. Düşərgələrin qiyməti göstərilən xidmətdən asılıdır. Xidmətə yay tapşırıqları, rəsm, gimnastika, ingilis dili, şahmat üzrə master- klasslar, piknik, film saatı, karaoke, oxu klubu, dünya mətbəxi, əyləndirici və öyrədici oyunlar, karate və tekvando məşqləri, məntiq oyunları və s. daxildir.
Anews.az saytı belə özəl yay məktəblərinin qiymətlərini araşdırıb.
''Summer Camp 2022" yay düşərgəsinin qiyməti 4-15 iyul aralığında 350 manat, 1 ayı isə 650 manat təşkil edir.
Layihə 4-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Kampda açıq havada xarici və yerli təşkilatçılar tərəfindən təşkil olunan proqramlar, rus və inglis dilində Coversation Cluplar, ilkin həkim yoxlanışı, Soft Skills proqramı, uşaqların thlükəsizliyi üçün daimi tibb bacısı nəzarəti, hovuz, şahmat klubu, 5 dəfə qidalanma( 3 əsas + meyvə və çay saatı), sertifikat, fotosesiyalar, servis xidməti (20 Yanvar, 28 May, Koroğlu) ərazilər daxildir.
Mərdəkanda təşkil olunan "Summer Camp" həftə içi 5 gün olmaqla 9:00-18:00 saat aralıqlarını təşkil edir.
"NAN edu center" Yay məktəbinin qiyməti 150 manatdan başlayır. Həftədə 5 dəfə olmaqla 10:00- 13:00-qədərdir.
Yay məktəbi 3, 4 ,5, 6 yaş və ibtidai siniflər üçün nəzərdə tutulub. Paketə yay tapşırıqları, Rəsm, İnglis dili, Şahmat, piknik, Master klaslar, Əyləndirici və öyrədici oyunlar, psixoloq, Loqoped daxildir.
"İsops-school"- Yay məktəbinin qiyməti nəqiliyyatsız 590, nəqiliyyatla isə 680 manat təşkil edir.
Yay məktəbi Sea Breeze ərazisində keçiriləcək. 5-16 yaş arası bütün şagirdlər üçün nəzərdə tutulub. Düşərgə səhər saat 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Proqrama 10 gün müddətsiz hovuz, qidalanma, təlimlər, ekskursiyalar, əyləncəli fəaliyyətlər , idman növləri, turnirlər və s. daxildir.
"Internationalsummerschool"- yay düşərgəsinin qiyməti 700 manatdır.
Kurs ingilis dilli yay məktəbidir, 6 gün 5 gecə üçün nəzərdə tutulub. Proqrama limitsiz qidalanma, qəlyanaltılar, çay, su daxildir. Cambridge Elglish proqramı, özünü inkişaf və biznes təlimləri, futbol, tennis, rəsm, rəqs, interaktiv oyunlar, açıq və qapalı hovuz, ekskursiyalar var. Məktəb iyunun 27- dən, iyulun 2- i üçün nəzərdə tutulub.
"Evrikaliseyi"- nin yay düşərgəsinin qiyməti 800 manatdır. Düşərdə Lənkəranda təşkil olunur.
Düşərgəyə 7-14 yaş aralığında uşaqlar müraciət edə bilərlər. Proqrama gündə dörd dəfə qıdalanma, Cambridge proqramı ilə inglis dilinin tədrisi, Conversation club, art terapiya, kulinariya dərsləri, müxtəlif rəqs növləri, idman oyunları və əyləncəli fəaliyyətlər, Camping günləri, təbiətin kəşfi, meşə gəzintiləri, çay tarlasına səyahət, xüsusi proqramlar üzrə üzgüçülük dərsləri, Estafet oyunları və mükafatlandırma, tenis voleybol və futbol oyunları, qruplar ilə bilik yarışları, masaüstü oyunlar, karaoke gecələri və party-lər. Cinema club ( öyrədici) Yaxın kəndlərə səyahət, onların kəşfi, həftəsonu ekskursiya muzey,tarixi abidələr. Sezonun sonunda Evrika liseyinə məxsus sertifikatlar və hədiyyələr verilir. 24 saat həkim nəzarəti, güvənlik və servis xidməti daxildir.
Kənardan şagirdlər də qatıla bilər.
Aytac Zeynalova
Kənardan şagirdlər də qatıla bilər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























