• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Məhkəməsi Azərbaycanla bağlı QƏRAR ÇIXARDI

Avropa Məhkəməsi Azərbaycanla bağlı QƏRAR ÇIXARDI
02.06.2022 15:29
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 2-də Azərbaycanla bağlı daha 2  qərarı elan edib. Bu barədə qərarları AİHM özünün rəsmi saytında dərc edib.
 
Mediada siyasi motivlə həbs edildiyi iddia olunan, işgəncəyə məruz qalması barədə məlumatların yayılmasından sonra ərizəçilər və başqa şəxslər işgəncə iddialarının araşdırılması və ona etiraz edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin binası istiqamətində yürüş keçirməyə cəhd ediblər. Dinc aksiyaya, əsasən mülki geyimdə olan polis əməkdaşları zor tətbiq etməklə müdaxilə edib. Ərizəçilər də daxil olmaqla, ümumilikdə 17 etirazçı saxlanılıb, Yasamal Rayon Polis İdarəsinə aparılıb.
 
Dəyanət Babayev kiçik xuliqanlıqda günahkar bilinib, 50 manat cərimə olunub. 
 
Ərzuman Məcidov və Əbülfəz Qurbanlı ictimai toplantıların keçirilməsi qaydalarını pozma-da günahkar biliniblər. Onların hər biri 10 manat məbləğində cərimə ödədikdən sonra sərbəst buraxılıblar.

Ərizəçilər AİHM qarşısında etiraz aksiyasının dağıdılması ilə bağlı milli qurumlardakı icraatların ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə müşayət olunduğunu, aksiyanın dağıdılmasının sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına zidd olduğunu iddia edib.

Avropa Məhkəməsi 1-ci və 2-ci ərizəçinin şikayətlərini daxili müdafiə vasitələrini tükəndirmədiklərinə görə qəbul edilməz elan edib.
 

Kommunikasiya zamanı "Hökumət bildirdi ki, birinci və ikinci ərizəçi Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli qərarından kassasiya şikayəti vermədikləri üçün daxili müdafiə vasitələrini tükəndirməyiblər. Cavablarında Ərizəçilər bildiriblər ki, onların hər üçü üçün məhkəmə xərclərini ödəyə bilmədiklərinə görə, yalnız üçüncü ərizəçi kassasiya şikayəti verib. Ərizəçilər daha sonra iddia edibər ki, mövcud daxili müdafiə vasitələri effektiv olmayıb və buna görə də onların tükəndirilməsinə ehtiyac yoxdur"-  bildirib''

Məhkəmə bildirir ki, hazırkı işdə birinci və ikinci ərizəçi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verməyiblər. Onların maliyyə imkanlarının olmaması iddiasına gəldikdə, Məhkəmə əvvəlcə qeyd edib ki, ərizəçilər daxili qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti vermək üçün hüquqi yardım üçün müraciət edə bilərdilər, lakin bunu etməyiblər. Bundan əlavə, ərizəçilər onları  bu hüquqi müdafiə vasitəsinə müraciət etmək tələbindən azad edən xüsusi halların mövcudluğunu nümayiş etdirməyiblər.
 
 Məhkəmə qeyd edir ki, mövcud daxili müdafiə vasitələrinin müvəffəqiyyət perspektivi və effektivliyi ilə bağlı şübhələr, mövcud hüquqi müdafiə vasitələrindən normal istifadə tələbindən imtina etmək üçün yetərli deyil.  Buna görə, birinci və ikinci ərizəçiyə münasibətdə daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsinə görə … ərizə rədd edilməlidir.
 

 Əbülfəz Qurbanlının ərizəsində isə  AİHM hesab edib ki, onun sərbəst toplaşmaq hüquna müdaxilə baş verib. Məhkəmənin qərarına əsasən, Əbülfəz Qurbanlıya mənəvi zərər əvəzi 2000, xərc və məsrəflərə görə 500 avro təzminat ödənilməlidir.
 
Ərizəçiləri AİHM-də vəkillər R.Mustafazadə və Ə.Mustafayev təmsil edib.


Cari ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarlarının icrası üzrə illik hesabatını açıqlayıb. Hesabat görə, Azərbaycan 5 ildir ki, məhkəmənin 31 qərarını icra etmir. Hesabatda Azərbaycan ötən il AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb. Azərbaycanda 271 qərar icrasını gözləyir. 2020-ci ildə isə 231 qərar icra olunmamış idi. Bu qərarların tam yerinə yetirilmədiyi bildirilir.
 
Aytac
 
 
 
 
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol