Azərbaycanda respondentlərin 70% icbari tibbi sığortadan istifadə etmir - SORĞU

Sosial Tədqiqatlar mərkəzinin keçirdiyi sorğu nəticələrinə görə respondentlərin 70%-i icbari tibbi sığorta xidmətindən istifadə etmir.
Sorğu 386 respondentin telefonla rəyi əsasında keçirilib və 23-25 may tarixlərini əhatə edib. İştirak edən vətəndaşlar Bakı, Abşeron, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Quba-Xaçmaz, Yuxarı Qarabağ, Aran və Gəncə-Qazax iqtisadi rayonlarını əhatə edib.
Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Respondentlərin "İcbari tibbi sığortadan istifadə etmisinizmi?” sualına respondentlərin 23,3%-i icbari tibbi sığortadan istifadə etdiyini qeyd edib.
Ümumi olaraq respondentlərin əksəriyyəti (70%) icbari tibbi sığortadan istifadə etmədiyini bildirib.
18-25 yaş arasında olan respondentlər (61,3%) 65 yaşdan yuxarı respondentlərlə müqayisədə (79,5%) icbari tibbi sığortadan istifadə etməyib.
Bununla yanaşı, analoji mövqe üzrə göstəricilər şəhər əhalisində nisbətən daha çox müşahidə edilib (müvafiq olaraq şəhər əhalisi 74,1%, kənd əhalisi 63,7%).
Respondentlərin 6,7%-nin isə ümumilikdə bu barədə məlumatı yoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























