Elmira Axundova getdiyi konsert barədə- Getmişəm, yaxşı etmişəm

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Xalq artisti Brilliant Dadaşovanın ötən gün baş tutan konsertində iştirak etməsini normal adlandırıb, bu barədə o qafqazinfoya açıqlamasında bildirib.
"Konsertə getmişəm,yaxşı etmişəm.Sosial şəbəkələrdə yazılanları oxumuram.Çünki orada ədalətsiz və qərəzli məlumatlar paylaşılır.Həm də sosial şəbəkələr ağır söyüşlərlə doludur.Bu isə qəbuledilməzdir",-səfir söyləyib.
Elmira Axundova qeyd edib ki, artıq 3 aya yaxındır ki, o və bir neçə əməkdaşı Bakıdadır:
"Əməkdaşlarımız rotasiya qaydasında Ukraynadakı səfirliyimizdə işləyirlər. Mən bütün məsələləri rəhbərliklə əlaqələndirirəm. Bir neçə dəfə rəhbərliyə müraciət etmişəm ki, mən – yəni səfir başda olmaqla bütün heyət Ukraynaya qayıtmağa, orada işləməyə hazırıq. Mən bu gün də, sabah da Ukraynaya getməyə hazıram. Lakin rəhbərliyin münasibəti başqadır. Ukraynada müharibə davam etdiyindən, təhlükəsizliklə bağlı suallar olduğundan rəhbərlik hələ ki, səfirliyin qadın əməkdaşlarını bu ölkəyə göndərmir. Ukraynada səfirlikdə üç qadın əməkdaş var: mən, mənim köməkçim və üçüncü katib. Bizə deyirlər ki, siz hələ Azərbaycanda qalın. Kişi əməkdaşlarımız isə öz ailələri, arvad-uşaqlarını Bakıda qoymaq şərti ilə rotasiya qaydasında Kiyevdə işləyirlər”, -Axundova vurğulayıb.
O qeyd edib ki, Bakıda olan əməkdaşlar iş başındadırlar, onlar rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirirlər.
"Mən iki dəfə səfirlik adından Ukraynaya humanitar yardım göndərmişəm – Dnepr və Xarkov şəhərlərinə. Görün sosial şəbəkələrdə qışqıranlar, Ukraynanı çox istəyənlər bu ölkəyə bir kiloqram humanitar yardım, bir dollar göndəriblər? Mən Ukraynada yaşayan soydaşlarıma kömək edirəm və etməyə davam edəcəyəm. Ukraynaya 30 ton humanitar yardım göndərmişik. İrpen şəhərindəki Zərifə Əliyeva adına məktəbin təmiri ilə məşğuluq",- Elmira Axundova əlavə edib.
Ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında "Ürəklə sizinlə” adlı konsert proqramı baş tutub.
Konsertə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da gəlib.
Səfirin konsertdə çıxış etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.Belə ki, bir qism adamlar onu Ukraynada müharibə olmasına baxmayaraq Bakıda qalmasına və konsertə getməsinə görə qınayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib