• $
  • €
  • ₽
  • ₺
  • £

44 nəfərin diplomu tanınmayıb

44 nəfərin diplomu tanınmayıb
02.06.2022 20:38
2022-ci ilin mayında  xarici diplomların tanınması üzrə 229 müraciətçinin 185-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 44 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat açıqlayıb.

"Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 16, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb", - agentlikdən bildirilib.

Müvafiq dövrdə Rusiya Federasiyasından 74, Türkiyə Respublikasından 55, Ukraynadan 54, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, Gürcüstandan 6, digər ölkələrdən isə 29 müraciət olub.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 27, iqtisadiyyat üzrə 14, tibb üzrə 14, menecment üzrə 10, maliyyə üzrə 9 nəfər müraciətçi qeydə alınıb.
 
Azərbaycanda 52 ali təhsil müəssisəsində, ümumillikdə, 163.779 tələbə təhsil alır. Bu tələbələrin 141.274-ü ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyur. 

Ləman Qasımova


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol