"Formula-1" üçün biletlərin əksəriyyəti satılıb

""Formula-1" Azərbaycan Qran Prisi üçün biletlərin əksəriyyəti satılıb. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) milli mətbuat katibi Turab Teymurov deyib.
"Alış-satış statistikası bizi çox sevindirir. Biletlərin 60 faizi xarici, 40 faizi isə yerli vətəndaşlara satılır. TOP üçlükdə hazırda Böyük Britaniya, ABŞ və Azərbaycandır. TOP onluqda isə Skandinaviya ölkələri üstünlük təşkil edir. Həmçinin İspaniya, Fransa və digər Avropa ölkələrindən də azarkeşlər fəaldırlar", - o bildirib.
www.anews.az
O bildirib ki, Filarmoniya tribunası üçün biletlərin hamısı satılıb, digər tribunalarda isə çox az sayda boş yer qalıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























