"Elektron cinayət işi" proqramının təqdimatı keçirilib

"Elektron cinayət işi” proqramının yenilənmiş versiyası və "Elektron cinayət xəritəsi” proqramının Baş Prokurorluğun Binəqədi rayonu, Dərnəgül sahəsində yerləşən inzibati binasında təqdimatı keçirilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov tədbiri giriş nitqi ilə açaraq prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi barədə iştirakçılara məlumat verib.
İdarənin mühəndis-proqramçıları tərəfindən proqramların funksiyaları barədə geniş izah verilib.
Qeyd olunub ki, proqram daxili şəbəkədir, qlobal çıxışı yoxdur. Prokurorlar yalnız öz icraatında olan işlərə daxil ola bilər. Ümumi sistemdə bütün işlərə idarə, rayon prokurorları, Baş Prokuror, onun müavinlərə daxil ola bilər.
Tədbirdə ölkədən istintaq aparan hüquq-mühafizə orqanları və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























