Vəkil polis şöbəsində zorakılığa məruz qalıb

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Bəxtiyar Hacıyev polis şöbəsində zorakılığa məruz qalıb. Bu barədə vəkilin özü məlumat verib.
O qeyd edib ki, hadisə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində qeydə alınıb.
"Müvəkkilimlə polisin çağırışı üzrə şöbəyə getdim. Şöbə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis "vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra” dedi. Bundan sonra iki polis nəfəri məni zorla tutub şöbədən çıxartdılar. Aidiyyəti qurumlara şifahi şikayətlər etmişəm, yazılı şikayətləri də hazırlayıram", - o deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























