• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Mahmudovun əmlaklarının siyahısı - Klassik avtomobil həvəskarı imiş

Vüqar Mahmudovun əmlaklarının siyahısı - Klassik avtomobil həvəskarı imiş
03.06.2022 14:08
Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi olmuş Vüqar Mahmudovun əmlaklarının siyahısı üzə çıxıb.

O, mühakimə olunduğu dövrdə yaşayış evləri, torpaq sahələri və çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bakı Hərbi Məhkəməsi tərəfindən birbaşa və dolayı yolla Vüqar Mahmudova məxsus üzərinə həbs qoyulan əmlakların siyahısı belə olub:

- İki qeyri-yaşayış sahəsi;
- Buzovnada fərdi yaşayış evi;
- Bülbül prospektində daşınmaz əmlak;
- Bakıda mənzil;
- 1 hektara yaxın torpaq sahəsi;
- Xocəsəndə fərdi yaşayış evi;
- Yasamalda yaşayış evi;
- Səbaildə torpaq sahəsi;
- 2015 model "Jaguar XJ” avtomobil;
- 2014 model "Mercedes Benz E-350”;
- 2014 model "Toyota Camry”;
- 1988 mdoel "QAZ 2410”;
- 1991 model "QAZ 2410”;
- 1955 model "Moskviç 401”;
- 1992 model "QAZ 2411” ;
- 1987 model "QAZ 2410” (2 ədəd);
- 1994 model, "QAZ 3102”;
- 1971 model "QAZ 2410”;
- 2015 model "Citroen C4 Picasso”;
- 2013 model "Citroen”;
- "Kapital Bank"da 74 min dollar;
- "Beynəlxalq Bank”da 40 min dollar.

Lakin Ali Məhkəmə qərarı dəyişdirərək bu əmlakların böyük bir hissəsinin üzərindəki həbsi götürüb və işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Baş Prokurorluq bu mərhələdə protest verib və müsadirə edilməsi təklif edilmiş bütün əmlakların dövlət nəfinə tutulmasını tələb edib. Bakı Apellyasiya Məhkəməsi protesti qismən təmin edib və Vüqar Mahmudovun ailəsinə məxsus bank hesabından 1 milyon manatdan çox pul müsadirə olunub.

Araşdırmalar zamanı məlum olub ki, Vüqar Mahmudov 2004-2015-ci illərdə MTN-in Antiterror Mərkəzinin 1-ci şöbəsinin rəis müavini vəzifəsində işləyərkən faktiki olaraq həm də Eldar Mahmudovun köməkçisi funksiyalarını yerinə yetirib. O bu müddətdə qurumun müstəsna səlahiyyətlərindən yararlanaraq külli miqdarda dövlət əmlakını mənimsəyib. Belə ki, o, MTN-in idarə rəislərindən ibarət mütəşəkkil dəstədə birləşib vəzifəli şəxs kimi qulluq mövqeyindən sui-istifadə edib. O, qurumun əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini mənimsəmək məqsədilə raportlar imzalatdırıb. Bu yolla MTN-in kassasından 3 milyon manata yaxın büdcə vəsaitlərini əvəzsiz surətdə ələ keçirib.

Bundan başqa, o, həmin vəzifədə xidmət edərkən əməliyyat-axtarış tədbirlərinin icrasına müvəqqəti cəlb olunmuş vətəndaşları və etibarlı şəxslərin guya mükafatlandırılmalarına görə bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik tərəfindən "ödənilsin” dərkənarı qoyulmaqla sənədlər imzalatdırıb. Bu yolla cəmi 7,6 milyon manat pulun MTN-in kassasından çıxarılmasına nail olub.

Dövlət Təhlükəsizliyi Xidməti Mahmudova qarşı 10,6 milyon manat pulun qaytarılması üçün mülki iddia verib. Lakin məhkəmə iddianı təmin etməyib. 
Bakı Hərbi Məhkəməsinin 2019-cu ildəki hökmü ilə Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2 illik müddəti istintaq müddətində həbsdə keçirdiyinə görə, məhkəmə zalından azadlığa buraxılıb.(qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol