30 kiloqram 500 qram narkotik vasitə aşkar edilib

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi mayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfəri saxlayıb. Onlardan ümumilikdə 30 kiloqram 500 qram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 5-i haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən üçü rayon ərazisində yaşadığı evdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























