• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il 69 kəndin qazlaşdırılması nəzərdə tutulur

Bu il 69 kəndin qazlaşdırılması nəzərdə tutulur
03.06.2022 21:30
2022-ci ildə 69 kəndin qazlaşması planlaşdırılıb. Bu sözləri "Açıq qapı" aksiyası zamanı SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.

"Onlardan 35-də plan üzrə iş gedir, bir kəndə isə qaz verilib. Eyni zamanda cari ildə 62 yeni yaşayış massivinin qazlaşması da nəzərdə tutulub. Onlardan 48-də iş gedir, birinə isə qaz verilib. 2022-ci ilin iyunun 1-nə olan məlumata görə, respublikada mənzillərin və fərdi yaşayış evlərinin qazlaşma səviyyəsi 96,3%-dir. Yeni çəkilmiş qaz kəmərləri yanvar-may aylarında cəmi 244,5 km olub. Bunun 32,1 km-i Bakı və Abşeronun, 212,4 km-i isə regionların payına düşüb", - o bildirib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ötən ilin avqustun 4-dən etibarən indiyədək keçirilən "Açıq mikrofon” aksiyası ilə bağlı məlumatı media nümayəndələri ilə bölüşüb. Qurum rəsmisinin sözlərinə görə, bu günə kimi aksiya çərçivəsində 80-ci görüş baş tutub.
 
"Çox böyük nəticədir ki, bu qısa müddət ərzində bu sayda aksiya keçirmişik. Keçirilən görüşlərin əksəriyyəti regionları əhatə edib. Biz abonentlərin, vətəndaşların ayağına getmişik və biz buna borcluyuq. Xidmət sahəsi olaraq biz, bütün bu fəaliyyətimizi özümüzə borc bilirik, bundan da şərəf duyuruq”, - o deyib.
 
Şöbə rəisi həmçinin sahibkarlarla keçirilən görüşlərdə çox ciddi nəticə əldə olunduğunu da mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

"Azəriqaz” İB-nin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov media nümayəndəsinin məhkəmə iddiaları ilə bağlı ünvanladığı sualını cavablandırıb. Qurum rəsmisinin sözlərinə görə, bir çox hallarda Birlik tərəfindən qaldırılan iddiaların təmin edilməməsinin səbəbləri ondan irəli gəlir ki, sahə üzrə münasibətləri tənzimləyən qanunvericilikdə boşluqlar var. "Yəni, biz təsbit edirik ki, dövlət yoxlaması nəticəsində sayğaca müdaxilə olunub və müvafiq qaydada aktlaşdırılıb və yaxud da şəbəkəyə kənar qoşulma olub. Belə olan halda dəymiş zərər müəyyənləşdirilməlidir. Lakin bunun müəyyənləşdirilməsi ilə bağlı bir meyar yoxdur. Vaxtı ilə Sənaye və İnkişaf Nazirliyi tərəfindən qəbul edilmişdirsə, sonradan ləğv edildi. Normativ hüquqi aktların reyestrinə daxil edilmədi” – deyə, Vüqar Eyvazov əlavə edib . 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol