• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə avtobus aşıb - YENİLƏNDİ

Şəkidə avtobus aşıb - YENİLƏNDİ
05.06.2022 19:31
 Şəkidə qəzaya uğrayan sərnişin avtobusunda müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Şəki şəhərində "İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 
******
 
Daxili İşlər Nazirliyi (DİN) Şəkidə baş vermiş ağır yol qəzasının başvermə səbəbi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi "İsuzu” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə yerinə polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.
 
******

Şəkidə turistləri daşıyan avtobus qəzaya düşüb.

Hadisə bu gün axşam saatlarında Gileyli məhəlləsi adlanan ərazidə, "Mustafabəy" istirahət mərkəzinə gedən yolda qeydə alınıb.

Belə ki, içərisində 25 nəfər turistin olduğu "Hyundai" markalı avtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtobusda olan xeyli sayda turist xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralıların Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.(report.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol