• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bəzi mərkəzi hotellərində qiymət on dəfəyədək artıb

Bakının bəzi mərkəzi hotellərində qiymət on dəfəyədək artıb
07.06.2022 13:07
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi yarışları ilə əlaqədar paytaxtın mərkəzində yerləşən hotellərdə qiymətlər artıb.


Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib.


Onun sözlərinə görə, yarışları izləməyə bir sıra Avropa ölkələri və digər ölkələrdən turistlər gəlir. Bu da istər hotellərin, istərsə də kirayə mənzilərin qiymətlərinə təsir edir.


"Monitorinqlərimizə əsasən yarışın keçiriləcəyi yolun üzərində və yaxınlığında yerləşən şəbəkə hotellərdə yer demək olar ki, yoxdur, və satışı dayandırıblar. Beşulduzlu digər hotellərin də bəzilərində qiymət artımı müşahidə olunur. Şəhərin mərkəzində və İçərişəhərdə yerləşən bəzi hotellər adi günlərdəki qiymətlərdən fəqli olaraq yarış günlərinə olan qiyməti hətta on dəfəyədək qaldırıb. Belə yarışlarda hotellərin qiymətinin bahalaşması təbiidir. Bu bütün dünyada belədir",- deyə o bildirib.


Samir Dübəndi deyib ki, Formula 1 bahalı idman növü olduğundan bu yarışların fanatları da adətən maddi təminatı yüksək olan şəxslərdir.


"Bu səbəbdən onlar komfortlu və çoxulduzlu hotellərə üstünlük verirlər. Əvvəlki illərdə ölkəmizdə Formula 1 yarışları keçirilərkən hotellərdə builki qədər qiymət fərqi olmamışdı. Bunun da əsas səbəbi pandemiya vaxtında hotellərdə müştəri azlığı idi. Pandemiya yumşalandan sonra hazırda turizm bərpa edilir",- Samir Dübəndi qeyd edib.


 Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində Bakıda baş tutacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol